Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşları Albert Aqarunov adına 154 saylı, Xavər Vəliyev adına 75 saylı və Aytəkin Məmmədov adına 38 saylı tam orta məktəblərin rəhbər və pedaqoji işçiləri ilə görüş keçiriblər.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizovun iştirakı ilə keçirilən görüşlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən aparılmış monitorinqin nəticələrinə dair hesabat təqdim olunub. Hesabatda məktəblərin ümumi fəaliyyəti, şagirdlərin nailiyyətləri və şəxsiyyət kimi inkişafı, öyrətmə və qiymətləndirməyə dair nəticələr diqqətə çatdırılıb. Həmçinin məktəblərin inkişaf proqramının hazırlanması haqqında fikir mübadiləsi aparılıb.
Tehsil-press.az