Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Universitetlərdə akademik tədqiqatların kommersiyalaşması: beynəlxalq reallıqlar və yeni çağırışlar” mövzusunda konfrans keçirilib.
Tədbirdə ali təhsil müəssisəsinin rektoru, professor Ədalət Muradov çıxış edərək Prezident İlham Əliyevin Sərəncamına əsasən martın 27-nin ölkədə Elm Günü kimi qeyd olunmasını nəzərə alaraq, UNEC-də “Elm aylığı”na start verildiyini və 20-dən çox elmi tədbirlər keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Rektor konfransın mövzusunun aktuallığına toxunaraq, aparılan elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması üçün onun nəticələrinin elm dünyasına ötürülməsinin tələb olunduğunu qeyd edib. UNEC-də bu istiqamətdə əldə olunan uğurlu nəticələrdən danışan Ə.Muradov son 5 ildə universitet əməkdaşlarının beynəlxalq indeksləşdirilmiş mənbələrdə çap olunan məqalələrinin sayının 51,6 dəfə artdığını, 1991-2019-cu illərdə “Web of Science” bazasında çap olunan məqalələrin 89,5 faizinin məhz son 5 ilin payına düşdüyünü deyib. O, elmi tədqiqatların stimullaşdırılması sisteminə uyğun olaraq, universitet büdcəsindən son 4 ildə 2 milyon manata qədər vəsait xərcləndiyini, təkcə reytinq sisteminin tətbiqi ilə əlaqədar, illik orta hesabla 430 min manatdan çox əlavə ödənişlər edildiyini diqqətə çatdırıb.
Rektor UNEC müəlliflərinin məqalələrinə istinadların sayının da ürəkaçan olduğunu bildirərək, “Webometrics”in qiymətləndirməsində istinadların sayına görə, UNEC-in 2018-2020-ci illərdə Azərbaycan universitetləri arasında lider olduğunu vurğulayıb. Ə.Muradov ali təhsil ocağının tədqiqatçı müəllimlərinin aldığı patentlərin sayına və bu istiqamətdə aparılan stimullaşdırıcı tədbirlərə də toxunub. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində qeydiyyatdan keçmiş UNEC-in ixtira və faydalı modellərinin sayının 2015-ci ildə 1, 2016-cı ildə 1, 2017-ci ildə 4, 2018-ci ildə 2, 2019-cu ildə 3 olduğunu bildirib. O, patentlərin kommersiyalaşdırılması ilə bağlı təkliflə çıxış edib. Rektor UNEC-də tədqiqatların kommersiyalaşdırılmasının institutlaşdırılması işini birgə təhlil etməklə bu sahədə yaradılacaq yeni institutun birgə idarəedilməsi məsələsinin vacibliyini deyib, universitetin müvafiq şöbəsinin büdcəsi həcmində həmin layihənin maliyyələşdirilməsinin mümkünlüyünü qeyd edib.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanov “Əqli mülkiyyət və elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması” mövzusunda təqdimatla çıxış edib. Mövzunun aktuallığından danışan K.İmanov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti və dəstəyi nəticəsində Azərbaycanda əqli mülkiyyət sahəsində zəngin milli qanunvericilik bazasının formalaşdığını bildirib. Təqdimatda milli innovasiya sistemlərinin modelləri, bilik iqtisadiyyatına aid olan sahələrin ÜDM-dəki payı, ixtiralarla bağlı göstəricilərin dinamikası açıqlanıb. Eyni zamanda, kommersiyalaşma ilə bağlı ali məktəblərin qarşısında duran vəzifələrdən söz açılıb. K.İmanov ölkədə innovasiya potensialının nəticələrdən daha yüksək olduğunu diqqətə çatdıraraq, imkanlardan səmərəli istifadənin vacibliyini vurğulayıb. O, elmi fəaliyyətin müasir modelinin 3.0 universitet səviyyəsinə qaldırılmasında önəmli məqamları açıqlayıb. Ölkədə biliklərə əsaslanan cəmiyyətin formalaşdırılmasının və insan kapitalına investisiyaların qoyuluşunun dövlətin strateji məqsədlərindən olduğunu deyən K.İmanov universitetlərlə birgə əməkdaşlığın bu sahəyə böyük töhfələr verəcəyini bildirib.
Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev elmin rolundan, imkan və məhdudiyyətlərindən söz açıb. O, elmi-texniki tərəqqinin sürətli inkişafının bəşəriyyətə təsiri və bu inkişaf nəticəsində planetimizin gələcəyi haqqında narahatlıq doğuran proqnozları açıqlayıb.
UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov isə “Sahibkarlıq universiteti: elm, təhsil və biznesin inteqrasiyası” mövzusunda çıxış edib. Prorektor məruzəsində universitetlərdə həyata keçirilən elmi tədqiqatların əhəmiyyətindən və ali məktəblərin sahibkarlıq funksiyasından danışıb.
Konfrans İqtisadiyyat üzrə Nobel mükafatçıları Maykl Kremer, Ester Duflo və Abhicit Banerci haqqında məruzələrin dinlənilməsi üzrə panel iclasında işini davam etdirib.
Qeyd edək ki, UNEC-də 27 fevral-27 mart tarixlərində “Elm aylığı” elan olunub. “Elm aylığı”nda maarifləndirmə tədbirləri, elmi-praktik seminar, dəyirmi masalar, UNEC tədqiqat mərkəzlərinin tədbirləri, görkəmli alimlərlə görüş, kitab təqdimatları və kitab sərgisi keçiriləcək.
Tehsil-press.az