Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti onlayn seminar keçirilib.
Seminarda Kondensə olunmuş hal fizikası şöbəsinin aparıcı elmi işçisi Rafiq Bağırovun “Bitki mənşəli melaninlərin metal ionları (Fe, Cu) ilə kompleks birləşmələrinin elektrik keçiriciliyi” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi soya bitkisi toxumlarının, qara üzüm, qara kəndəlaş, daş sarmaşığı və qara zeytun meyvələrinin qabığından qələvi mühitdə ekstraksiya və turş mühitdə çökdürmə yolu ilə melanin piqmenti ayrılmasını qeyd edib.
Sonra R.Bağırov iştirakçıların suallarını cavablandırıb, aparılan təcrübələrin xüsusiyyətlərini izah edib.
Tehsil-press.az