BDU-nun rektoru qazaxıstanlı tələbələrlə görüşüb

BDU-nun rektoru qazaxıstanlı tələbələrlə görüşüb Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev yaz semestrində BDU-da təhsil alan Qazaxıstan Respublikasının Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin (XDTMU) tələbələri ilə görüşüb.
Görüşdə rektor E.Babayev qazaxıstanlı tələbələrə ölkənin ən böyük ali məktəbi olan BDU haqqında ətraflı məlumat verib, onlara təhsillərində uğurlar arzulayıb.
BDU rektoru, eyni zamanda, tələbələrin yaşayış şəraiti, təhsili ilə maraqlanıb, onlara universitetin ictimai həyatında fəal iştirak etməyi tövsiyə edib.
Qeyd edək ki, XDTMU-nun 4 tələbəsi yaz semestrinin sonunadək BDU-da təhsil alacaq. Bu tədbir müvafiq əməkdaşlıq memorandumuna əsasən həyata keçirilir.
Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri - Akjunis Tolemis və Zahid Talıbov BDU-nun Hüquq fakültəsində ailə hüququ, dəniz və enerji hüququ dərslərində iştirak edəcəklər. XDTMU-nun riyaziyyat müəllimliyi (ingilis bölməsi) ixtisası üzrə təhsil alan tələbələri - Qalımjan Saktaqanov və Bayırjan Kuanşbekuli isə BDU-nun Mexanika-riyaziyyat fakültəsində funksional analiz, diskret riyaziyyat, riyazi məntiq dərslərinə qatılacaqlar.

Tehsil-press.az


Oxşar xəbərlər