Fəlsəfə tarixçisi Solmaz Rzaquluzadənin elmi irsinə həsr olunan dəyirmi masa

Fəlsəfə tarixçisi Solmaz Rzaquluzadənin elmi irsinə həsr olunan dəyirmi masa AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda tanınmış filosof alim, fəlsəfə üzrə fəlsəfə doktoru Solmaz Rzaquluzadənin 90 illik yubileyinə həsr olunan “Görkəmli fəlsəfə tarixçisi Solmaz Rzaquluzadə: şəxsiyyəti və elmi irsi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə müəssisənin baş direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə alimin ömür yolundan, zəngin elmi fəaliyyətindən söz açıb. Bildirib ki, məhsuldar yaradıcılıq yolu keçmiş Solmaz Rzaquluzadənin tədqiqatlarında fəlsəfə tarixinin bəzi aktual problemləri ətraflı təhlil olunub. O, fəlsəfə tarixi sahəsində bir çox tədqiqatlar aparıb.
Tədbirdə “Solmaz Rzaquluzadə: missiyasına sadiq həqiqi alim və insan”, “Solmaz xanım haqqında xatirələrim”, “Solmaz Rzaquluzadə orta əsr Azərbaycan xalqının fəlsəfə tarixinin əsas araşdırmaçılarından biri kimi”, “Solmaz Rzaquluzadə fəlsəfə tarixçisi kimi”, “Solmaz Rzaquluzadənin irsində Şərq fəlsəfəsinin problemləri” mövzularında məruzələr dinlənilib. Məruzəçilər Solmaz Rzaquluzadəni təkcə böyük alim deyil, həm də böyük insan kimi xarakterizə ediblər.
Sonda alimin ailəsi adından çıxış edən qızı Fidan Fərəcova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər