Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Novruz bayramına həsr olunan tədbir keçirilib.
Tədbirdə Kimya fakültəsinin dekanı Fuad Kərimli və dekan müavini Taleh Qəhrəmanov çıxış ediblər.
Qeyd olunub ki, Novruzun milli-mənəvi dəyərlərimizin və adətlərimizin qorunub saxlanmasında özünəməxsus yeri var, bu bayram xalqın tarixi keçmişinə sarsılmaz tellərlə bağlılığının rəmzidir.
Tədbirdə Kimya fakültəsinin birinci kurs tələbələri Səidə İsmayılova “Novruz, gəl”, Aydan Bağırova “Novruz bayramı” şeirlərini səsləndiriblər. Məhluqə Məsimova skripkada “Fairtale”, Mehriban Ağabəyli “Fly me to the moon”, Aygün Məmmədova “Səndən nigaranam” musiqilərini, eyni zamanda, tələbələrdən ibarət rəqs qrupu “Arşın mal alan” və “Uzundərə” rəqslərini ifa ediblər.
Tehsil-press.az