Geologiya və Geofizika İnstitutunda elmi-tədqiqat işlərinin proqramları qəbul edilib

Geologiya və Geofizika İnstitutunda elmi-tədqiqat işlərinin proqramları qəbul edilib AMEA Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclasında elmi-tədqiqat işlərinin proqramlarının müzakirəsi keçirilib.
Müzakirələrdən sonra “Aralıq dənizi qırışıqlıq zonasının Qafqaz seqmentinin qələvi və sub-qələvi maqmatizmi”, “Aralıq dənizi qırışıqlıq zonasının Qafqaz seqmentinin qələvi və sub-qələvi maqmatik komplekslərinin mineraloji xüsusiyyətləri və petrologiyası”, “Azərbaycanın maqmatik komplekslərinin petrokimyası üzrə bank məlumatları” və “Azərbaycanın paleontoloji atlasının hazırlanması” mövzularında elmi işlərin proqramları qəbul edilib.
İclasda, həmçinin “Azərbaycanın geotermal atlası və geotermal enerji resursları kadastrının tərtib edilməsi” mövzusunda elmi-tədqiqat işinin yerinə yetirilməsi, magistrantlarının attestasiyasının yekunları haqqında hesabatlar dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər