Naxçıvan Dövlət Universitetində (NDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş bədii yaradıcılıq festivalı keçirilib.
Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən festival vətənpərvərliyi, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörməti inkişaf etdirmək məqsədi daşıyır.
NDU-nun rektoru Elbrus İsayev bədii yaradıcılıqların qiymətləndirilməsi baxımından tədbirin xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
Tədbirdə onlarla istedadlı tələbə şeir, musiqi, bədii qiraət və rəsm üzrə öz bacarıqlarını nümayiş etdiriblər. İstedadlı tələbələrin müəyyən edilməsi Münsiflər heyətinin sədri, Azərbaycan Milli Konservatoriyasının müəllimi, Xalq artisti Mübariz Tağıyev, münsiflər heyətinin üzvləri- Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin baş məsləhətçisi Maral Salmanova tərəfindən həyata keçirilib.
Qeyd edək ki, festival qaliblərinin yekun konserti may ayında keçiriləcək. Qaliblər Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.
Tədbirdən sonra qonaqlar universitetin ərazisini gəzib, mövcud fakültələrlə tanış olublar. İncəsənət fakültəsinin sərgi salonunda müəllim və tələbələrin əl işlərindən ibarət sərgiyə baxış da keçirilib.
Tehsil-press.az