Azərbaycan Texniki Universiteti (AzTU) ilə Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası arasında əməkdaşlıq inkişaf etdirilir.
Əməkdaşlıq çərçivəsində AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru iqtisad üzrə fəlsəfə doktoru Kamran Rəsulov, Nəqliyyat və logistika fakültəsinin dekanı Allahverdi Şərifov, həmçinin universitetin müəllim və tələbələrindən ibarət nümayəndə heyəti Polis Akademiyasında olub.
Görüş zamanı qonaqlara Akademiyanın tarixi, burada aparılan təlim-tədris prosesi haqqında məlumat verilib. Akademiyanın tədris korpusları, idman meydançaları və zalları, kriminalistik şəhərcik, kitabxana, kursant yeməkxanası və yataqxanaları ilə tanışlıqdan sonra qonaqlar ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi və təbliğ olunması üçün bütün imkanların yaradıldığı Heydər Əliyev Mərkəzində olublar.
Polis Akademiyasının ötən müddət ərzində ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində böyük inkişaf yolu keçirdiyi qonaqların diqqətinə çatdırılıb. Bununla yanaşı, daxili işlər orqanları üçün ali hüquq təhsilli kadrların hazırlandığı, maddi-texniki bazanın ən müasir tələblərə cavab verdiyi, dünyanın bir sıra digər ölkələrinin analoji təhsil müəssisələri ilə əlaqələrin, həmçinin təhsil və təcrübə mübadiləsinin daim inkişaf etdirildiyi xüsusi vurğulanıb.
Bildirilib ki, yüksək nəzəri biliklərin əldə edilməsi və yaradıcılıq vərdişlərinin formalaşdırılması üçün tələbələrin elmi tədqiqat işinə cəlb olunması akademiyanın fəaliyyətinin mühüm istiqamətlərindən biridir.
AzTU-nun prorektoru Kamran Rəsulov görüşdən məmnunluğunu ifadə edib və səmərəli məlumat mübadiləsinə görə minnətdarlığını bildirib.
Tehsil-press.az