Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü, Ekologiya və torpaqşünaslıq, Biologiya, Geologiya və Coğrafiya fakültələrinin birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində “İşğaldan azad olunmuş torpaqlarımızın təbii sərvətləri” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, Biologiya fakültəsinin dekan müavini Natəvan Baxşəliyeva, Ekologiya və Torpaqşünaslıq fakültəsinin baş müəllimi İsmət Xanbabayev çıxış edərək ermənilərin işğal dövründə torpaqlarımızda həyata keçirdiyi vandallıq aktlarından danışıb, təbii sərvətlərin, faydalı qazıntı, mineral və şirin su yataqları, infrastruktur, mədəniyyət abidələrinin talan edildiyini bildiriblər.
Tədbirdə tələbələr “İşğaldan azad olunmuş ərazilərimizin kimyası”, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri Fidan Vəliyeva, Aytac Cabbarova “İşğaldan azad olunmuş ərazilərimizin ekoloji durumu”, “Qarabağın flora və faunası”, “İşğaldan azad olunmuş ərazilərimizin qızıl yataqları və onların Azərbaycanın iqtisadi inkişafında rolu”, “Qarabağda turizm və turistlərin cəlb edilməsi” mövzularında çıxış ediblər.
Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayev “Qarabağın təbii sərvətləri” mövzusunda videoçarx təqdim edib.
Sonra tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az