Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə keçirilən “Nizami Gəncəvi və dayanıqlı inkişaf” mövzusunda magistr və doktorantların III beynəlxalq elmi konfransının məruzələri Türkiyənin beynəlxalq indeksli “TURAN-SAM” elmi jurnalında nəşr olunub.
Konfransa təqdim olunan məruzələrin bir qismi isə jurnalın xüsusi buraxılışında yer alıb. Jurnalda nəşr olunan məqalələr dünyanın qabaqcıl akademik platformalarında yerləşdirilir.
Konfransın məruzələr kitabı isə beynəlxalq ISBN nömrəsi ilə yaxın günlərdə elektron formada nəşr olunacaq və dünyanın qabaqcıl akademik platformalarında indekslənməklə yanaşı, müxtəlif universitetlərin elektron kataloqlarına yerləşdiriləcək.
Xatırladaq ki, konfransa dünyanın 35 ölkəsindən 444 məruzə təqdim olunub.
Tehsil-press.az