Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq Bakı Dövlət Universitetinin (BDU) qonağı olub.
Görüşdə universitetin rektoru Elçin Babayev Azərbaycanın ən böyük ali təhsil müəssisəsi olan BDU, burada həyata keçirilən tədris və elmi tədqiqatlar barədə məlumat verib. Qeyd olunub ki, universitetdə elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Son zamanlar BDU-da elektronlaşma, elmi nəticələrin tətbiqi və kommersiyalaşdırılması istiqamətində geniş işlər görülür.
Görüşdə Koreya universitetləri ilə ikili diplom, elmi əməkdaşlıq istiqamətində müzakirələr aparılıb. BDU-da Koreya hökuməti tərəfindən yaradılan strukturların fəaliyyətinin daha da genişləndirilməsi, bu ilin oktyabr ayında universitetdə Koreya günlərinin keçirilməsi barədə razılıq əldə olunub.
Sonra səfir Heydər Əliyev lektoriyasında Şərqşünaslıq, Beynəlxalq əlaqələr və iqtisadiyyat fakültələrinin müəllim-tələbə heyəti üçün “Koreya və Azərbaycan arasındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyi: mübadilə vəziyyəti, əlaqələrin perspektivləri və gələcəkdə qarşıda duran məsələlər” mövzusunda mühazirə oxuyub. O qeyd edib ki, Azərbaycan ilə Koreya arasında 1992-ci il martın 23-də qurulan diplomatik əlaqələr son illər müxtəlif sahələr üzrə yüksələn xətlə inkişaf edir. Azərbaycanın son illər sürətlə inkişaf edərək Cənubi Qafqazın ən qabaqcıl ölkəsinə çevrildiyini vurğulayan səfir bildirib ki, gələcəkdə Azərbaycan-Koreya iqtisadi əlaqələri daha da genişlənəcək.
Səfir iki ölkə arasında əlaqələrin daha da güclənməsində təhsil sahəsində əməkdaşlığın xüsusi rol oynadığını və Koreya dilini, koreyaşünaslığı tədris edən BDU ilə əməkdaşlığın çox faydalı olacağına inandığını qeyd edib.
Li İn-Yonq daha sonra Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi ilə tanış olub.
Tehsil-press.az