İtaliyada koronavirus qurbanlarının sayı 162 mini ötüb

İtaliyada koronavirus qurbanlarının sayı 162 mini ötüb İtaliyada son sutka ərzində koronavirus qurbanlarının sayı 205 nəfər artaraq, 162 min 98-ə yüksəlib.
İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, ötən 24 saatda ölkədə 99 min 848 nəfər COVID-19 infeksiyasına yoluxub. İtaliyada koronavirusa yoluxanların sayı ümumilikdə 15 milyon 858 min 442-yə çatıb.
Hazırda reanimasiya şöbəsində olanların sayı 413, aktiv COVID-19 xəstələrinin sayı isə 1 milyon 206 min 900 nəfərdir.
İtaliyada pandemiya dövründə 14 milyon 489 min 444 nəfər virusdan sağalıb.

Tehsil-press.az


Oxşar xəbərlər