Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı Türkiyənin İnönü Universitetinin rektoru professor Ahmet Kızılay və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Türkiyəli qonaqlar və ADNSU-nun professor-müəllim heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.
Sonra Şəhidlər xiyabanı və şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib.
Görüşdə professor M.Babanlı Azərbaycan ilə Türkiyənin tarixi əlaqələrindən danışaraq, bu bağlılığın təhsil sahəsində də sıx əməkdaşlığın yaranmasında ciddi rol oynadığını diqqətə çatdırıb. Universitetdə tədris prosesi, əldə olunan uğurlar, beynəlxalq əlaqələr, ixtisaslar, eləcə də ikili diplom proqramlarından bəhs edən rektor ADNSU ilə İnönü Universiteti arasında əlaqələrin daha da yüksək səviyyədə inkişaf edəcəyinə ümidvar olduğunu deyib.
Rektor Ahmet Kızılay rəhbəri olduğu universitet haqqında məlumat verib. O, Azərbaycanın texniki profilli ali məktəbi olan ADNSU ilə birlikdə təhsil proqramlarının, elmi layihələrin icrasında maraqlı olduqlarını qeyd edib və bu istiqamətdə universitet olaraq mövcud imkanlardan istifadə edəcəklərini bildirib.
Görüşdə professorlar Ahmet Kızılay və Tahmuraz Abbasov “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” ilə təltif olunublar.
Tehsil-press.az