Rəqəmsallaşma nəticəsində təkcə istehsal deyil, insanların özlərinə, digərlərinə, ətraf mühitə baxışı dəyişir. Bizi əhatə edən texnologiyalar bizim qərarlarımız əsasında dəyişir, sonra isə biz özümüz dəyişirik. Yəni insanın dəyişməsi texnologiyaların dəyişməsindən geridə qalır. Müəyyən dövr ərzində insan qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərməyə məcbur olur.
Bu fikirləri UNEC-in rektoru professor Ədalət Muradov “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda II beynəlxalq konfransın açılış mərasimində söyləyib. Elmi tədqiqatların rolunun əhəmiyyətli dərəcədə artdığını bildirən rektor deyib: “Rəqəmsallaşma ilə bağlı tədqiqatçılar qarşısında duran əsas vəzifələr durur. Bu sıraya rəqəmsallaşmanın yaratdığı sərvətin bölünməsində bərabərçiliyi azaltmaq, rəqəmsallaşma nəticəsində yarana bilən neqativ effekti minimallaşdırmaq və rəqəmsallaşmanın insanların imkanlarını məhdudlaşdırmayacağını, əksinə, genişləndirəcəyini təmin etmək aiddir”.
Xatırladaq ki, konfrans İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və digər aparıcı qurumların birgə təşkilatçılığı keçirilir. Beynəlxalq tədbirdə qlobal iqtisadi artımın qarşısında duran əsas problemlər, yüksək texnologiyalar yönümlü istehsal ekosistemi, iqtisadiyyatın rəqəmsal transformasiyası, yaşıl iqtisadiyyat və davamlı inkişaf, postpandemiya dövrünün iqtisadi çağırışları, pandemiya sonrası biznes transformasiyası və Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış, Qarabağ iqtisadiyyatının bərpası və inkişafı prosesində rəqəmsal texnologiyalardan istifadə imkanları və prioritetləri kimi əsas mövzular müzakirə olunur.
Konfrans aprelin 29-dək davam edəcək.
Tehsil-press.az