Dövlət İmtahan Mərkəzi (DİM) və “YAŞAT” Fondu arasında imzalanan əməkdaşlığa dair anlaşma memorandumuna əsasən 2021-2022-ci tədris ili üçün rayon təhsil şöbələri və Fondun təqdim etdiyi məlumatlar əsasında 630 şəhid övladı öz istəklərinə uyğun olan köməkçi tədris materialları ilə təmin edilib.
2021-ci ilin noyabr ayından etibarən DİM tərəfindən Bakı, Naxçıvan, Gəncə, Bərdə, Tovuz, Şirvan, Lənkəran, Xaçmaz və Göyçay şəhərlərində Vətən müharibəsi şəhidlərinin məktəbli övladlarının iştirakı ilə silsilə tədbirlər keçirilib. Tədbirlər zamanı iştirakçılara “Abituriyent” jurnalı tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri, otk.az saytı vasitəsilə keçirilən sınaq imtahanlarına ödənişsiz kuponlar təqdim edilib.
Bundan əlavə, iştirakçılara keyfiyyətli psixoloji dəstək göstərmək, psixoloq fəaliyyətinə adekvat münasibətin formalaşmasına, psixoloji biliklər sahəsində dünyagörüşünün genişləndirilməsinə töhfə vermək məqsədi ilə DİM tərəfindən yaradılan e-psixoloq.az saytı barəsində məlumat verilib.
Bu müddət ərzində DİM-in inzibati binasında, eləcə də regional bölmələr tərəfindən keçirilən tədbirlərdə müxtəlif səbəblərdən iştirak edə bilməyən 336 şəhid övladına da ehtiyacları əsasında DİM-in vəsaitlərinin göndərilməsi təmin edilib. Bakı və ətrafı ərazilərə, həmçinin Sumqayıt şəhərinə çatdırılmanın edilməsində “Proton&Alib Ekspress” şirkəti tərəfindən tam dəstək göstərilib.
Qeyd edək ki, növbəti tədris ili başlamadan öncə şəhid övladlarının DİM-in vəsaitləri ilə təmin edilməsi fəaliyyəti davam etdiriləcək.
Tehsil-press.az