Polşanın Poznan Universitetinin professoru BDU-da elmi seminar keçib

Polşanın Poznan Universitetinin professoru BDU-da elmi seminar keçib Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının təşkilatçılığı ilə Polşanın Poznan Universitetinin professoru Sezari Modrinin elmi seminarı keçirilib.
Seminarda professor “Polşada iqtisadi-coğrafi tədqiqatlar” mövzusunda təqdimatla çıxış edib.
S.Modri Polşada coğrafiya elminin yaranması və inkişafı tarixindən bəhs edib. Tələbələrə Polşa universitetlərinə qəbul qaydaları, təhsilin müddəti və keyfiyyət göstəriciləri barədə məlumat verib.
Poznan Universiteti ilə BDU-nun gələcək əməkdaşlığının uğurlu olacağını bildirən professor Polşanın aparıcı elmi jurnallarında Azərbaycandan olan tədqiqatçıların məqalələrinin yer aldığını deyib.
Sonra iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər