Ümummilli Lider müasir Azərbaycan dövlətinin qurucusudur

Ümummilli Lider müasir Azərbaycan dövlətinin qurucusudur AMEA Yüksək Texnologiyalar Parkında (YTP) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib.
Əvvəlcə görkəmli siyasi xadim Heydər Əliyevin YTP-dəki büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi texnoparkın kollektivi tərəfindən ehtiramla anılıb.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, eləcə də ölkə iqtisadiyyatı və sənayesinin dirçəlməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən bəhs edilib. Qeyd olunub ki, Ulu Öndərin xidmətləri sayəsində hazırda ölkəmizdə iqtisadiyyatın prioritet sahəsi olan sənaye sektoru yeni inkişaf yoluna qədəm qoyub, nəhəng sənaye müəssisələrinin yaradılması davamlı xarakter alıb. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış YTP istehsal sahələrinin meydana gəlməsinə və regionların tarazlı sosial-iqtisadi inkişafına mühüm töhfələr verməkdədir. Müəssisə AMEA-da əldə olunan müasir elmi nailiyyətlərə əsaslanan məhsulların istehsalına, rəqəmsal texnologiyalara əsaslanan biznesin inkişafına, həmçinin ölkədə sahibkarlıq fəaliyyətinin artırılmasına böyük dəstək göstərir.

Tehsil-press.az


Oxşar xəbərlər