Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk dünyası iqtisad fakültəsində (TUDİFAK) “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə TUDİFAK-ın dekan müavini Cəvahir Məmmədova çıxış edərək, son illərdə su ehtiyatlarından səmərəli istifadə, əhalinin içməli su ilə təminatı, su ehtiyatlarının tullantılardan mühafizəsi istiqamətlərində görülmüş işlərdən danışıb və bu sahədə qarşıda duran məsələlər barədə məlumat verib.
Tədbirdə dosent Qadir Bayramlı, baş müəllim Nəriman Xanəhmədov, Tələbə Gənclər Təşkilatının sədri Aqil Quliyev mövzu ilə bağlı çıxış ediblər. Azərbaycanın su ehtiyatlarının məhdud olmasını və onun əsas hissəsinin ölkə hüdudlarından kənarda formalaşdığını nəzərə alaraq, su ehtiyatlarından səmərəli istifadənin zəruriliyini qeyd ediblər. Su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, sudan rasional istifadə sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyi bildirilib, dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin bu sahədə aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının önəmi vurğulanıb.
Tehsil-press.az