AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Xurşidbanu Natəvanın poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri” mövzusunda elmi sessiya keçirilib. Tədbir Prezident İlham Əliyevin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi” haqqında Sərəncamından irəli gələn tapşırıqların icrası çərçivəsində təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli Xurşidbanu Natəvanı XIX əsrdə Azərbaycan ədəbi dilinin zəngin klassik qəzəl janrı ənənələrini uğurla davam etdirən ən istedadlı qadın şair kimi xarakterizə edib.
Professor bildirib ki, Natəvanın əsərləri bədiilik və ahəngdarlığı, dil-üslub xüsusiyyətləri ilə diqqəti cəlb edir. Əruz vəznində yazdığı şeirlərdə hiss və duyğuların təbiiliyi, səmimiliyi, qafiyə, rədif, bədii təsvir vasitələrindən məharətlə istifadə onun əsərlərinin ahəngdar, oxunaqlı olmasını təmin edib, sənətkara oxucu məhəbbəti qazandırıb. Xurşidbanu Natəvanın şeirləri dövrünün tələblərinə uyğun olaraq ərəb-fars izafətləri və xalq ifadələri ilə zəngindir. Şairin bədii irsində Məhəmməd Füzulinin əsərlərinin, poetik ifadə tərzinin təsirini duymaq olur. Seçdiyi poetik-bədii təşbehlər, müqayisələr, təzadlar, şeirlərinin qəzəl janrında olması onun Füzuli qəzəllərindən təsirləndiyini bir daha sübut edir.
Sessiyada professor Sevil Mehdiyevanın ”XIX əsr Azərbaycan ədəbi dilinin Xurşidbanu Natəvan zirvəsi”, filologiya elmləri doktoru Nərgiz Hacıyevanın “Xurşidbanu Natəvanın şeirlərinin dil və üslub xüsusiyyətləri”, dosent Qüdsiyyə Qəmbərovanın “Xurşidbanu Natəvanın şeirlərində Qarabağ dialekti” mövzularında məruzələri dinlənilib.
Tehsil-press.az