Noyabrın 28-də Bakı Qızlar Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə rektor Sevinc Rəhimova açaraq Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 2019-cu il 11 yanvar tarixli sərəncamlarını xatırladıb. Bildirib ki, bu sərəncamlar Prezident İlham Əliyevin Azərbaycan dilinin və ədəbiyyatının inkişafına, klassik şairlərin yaradıcılığına verdiyi yüksək dəyərin göstəricisi olmaqla yanaşı, Nəsimi yaradıcılığının gündəmdə saxlanmasını özündə ehtiva edir və XIV əsr Azərbaycan ədəbi dilinin inkişaf yollarını öyrənmək baxımından olduqca əhəmiyyətlidir.
Sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Qüdsiyyə Qəmbərovanın “Nəsiminin söz yaradıcılığı”, professor İsmayıl Kazımovun “Nəsimi yaradıcılığında etnos adları” mövzularında məruzələri dinlənilib.
Tədbirdə Filologiya fakültəsinin 4-cü kurs tələbələri Aytac Ağazadə, Bülbül Tağıyeva və Vüsalə Qənbərova məruzə ilə çıxış edib, Nəzakət İbrahimova və Aytac Abbasova isə Nəsiminin qəzəllərini söyləyiblər.
Universitetin prorektorları Hava Abdullayeva və İlham Məmmədov, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Qızqayıt Süleymanova bildiriblər ki, Nəsimi fenomeni şüurumuzda hələ bundan sonra durulacaq, dəqiqləşəcək. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilərək çox mühüm nəticələr verib. Həmin illərdən başlayaraq Nəsiminin dilinə aid xeyli tədqiqat işləri aparılıb, şairin yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılıb.
Tehsil-press.az