“TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və texnologiya festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti professor Hasan Mandalla görüş keçirilib.
Görüşün əsas məqsədi AMEA ilə TÜBİTAK arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün 4-cü qrant layihəsinin təşkili istiqamətində müzakirələrin aparılması olub.
Görüşdə AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov rəhbərlik etdiyi qurumun TÜBİTAK-la elmi-texnoloji sahədə əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətindən bəhs edib, birgə həyata keçiriləcək 4-cü layihə müsabiqəsinin proqramının hazırlanmasının vacibliyindən danışıb. Arif Həşimov AMEA ilə TÜBİTAK arasında 2013-cü ildən başlayan əməkdaşlıq əlaqələri çərçivəsində 3 birgə müsabiqənin elan olunduğunu, ildən-ilə TÜBİTAK-ın müsabiqələrinə təqdim edilən layihələrin sayının artdığını bildirib.
AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev 4-cü layihə müsabiqəsinin icrası ilə bağlı təqdimat xarakterli görüşün keçirilməsinin əhəmiyyətini qeyd edib, mövcud problemlərin həlli istiqamətində müzakirələrin aparılmasını təklif edib. Vitse-prezident AMEA-nın AzScienceNet elm-kompüter şəbəkəsinin GEANT Assosiasiyası və NATO ilə yanaşı, TÜBİTAK-ın nəzdində fəaliyyət göstərən ULAKBİM (Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi) ilə də əməkdaşlıq əlaqələrinin mövcud olduğunu xatırladıb.
Görüşdə türkiyəli alimlərlə birgə Avropa İttifaqının “Horizon Avropa” proqramları çərçivəsində çağırışlar və layihələrə müraciət etmə imkanları müzakirə edilib, həmçinin yeni birgə layihə müsabiqəsinin həyata keçirilməsi və gələcək perspektivlərin müəyyənləşdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Professor Hasan Mandal TÜBİTAK-ın ekspertlər bazasının (PYS) artıq AMEA-nın istifadəsi üçün açıldığını qeyd edib. O, AMEA ilə elm, sənaye və texnologiya layihələrinin, o cümlədən sosial elmlərin texnologiyalarla birləşməsi istiqamətində tədqiqatları nəzərdə tutan layihələrin icrası üzrə əməkdaşlığa və ortaq proqramların həyata keçirilməsinə dəstək verməyə hazır olduqlarını bildirib.
Tehsil-press.az