Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TUBİTAK) birgə beynəlxalq konfrans keçirməyi planlaşdırır.
"TEKNOFEST Azərbaycan" çərçivəsində mayın 29-da Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova və TUBİTAK-ın prezidenti professor Hasan Sandal arasında görüş olub.
Görüşdə, həmçinin Türkiyənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fateh Kacır və TUBİTAK-ın vitse-prezidenti professor Əhməd Yozgatlıgil iştirak edib.
Birgə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində aparılan danışıqlar zamanı bu ilin sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının, Elmin İnkişafı Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və TUBİTAK-ın Azərbaycanda ortaq beynəlxalq konfrans təşkil etməsi fikri səsləndirilib. Beynəlxalq konfransın materiallarının 100 məqalədən ibarət olmaqla "Springer" nəşriyyatında çapdan çıxarılması təklif edilib.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tehsil-press.az