Əlyazmalar İnstitutunda elmi seminar: Şuşa ədəbi mühiti

Əlyazmalar İnstitutunda elmi seminar: Şuşa ədəbi mühiti AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Şuşa İli”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Böyük Qayıdış” Gənclər Təşkilatının təşəbbüsü ilə “Şuşa ədəbi mühiti” mövzusunda elmi seminar keçirilib.
Tədbir gənclər arasında Şuşa şəhərinin qədim tarixi və zəngin mədəni irsi haqqında məlumatlılığın artırılması məqsədilə təşkil olunub.
Seminardan əvvəl gənclər institutun Ekspozisiya zalında “Şuşa Qarabağın incisidir” adlı sərgiyə baxıblar. Onlar Şuşa ədəbi mühitinin yetirmələrinin əsərlərinin əlyazma nüsxələri və mədəniyyət paytaxtına aid tarixi əhəmiyyətli sənədlərlə tanış olublar. Bütün bunlar institutun Əlyazma və şəxsi arxivlər fondunda mühafizə olunur.
İnstitutun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov, elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Multidisiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, professor Raqub Kərimov seminarda Qarabağ folkloru, Şuşanın poeziya nümunələrində əksi, Qarabağ ədəbi-mədəni mühitinin intibah dövrü, Şuşa ədəbi mühitinin ədəbiyyatımıza qazandırdığı simalar və başqa mövzular haqqında ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər