Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutu tərəfindən Xəzər Universitetində dünya üzrə xarici universitet tələbələri arasında keçirilən 21-ci “Çin dili körpüsü” müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi təşkil edilib.
Açılış mərasimində çıxış edən Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao müsabiqənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, dil və yazı bəşər sivilizasiyasının mühüm daşıyıcısı və bütün xalqlar arasında ünsiyyət körpüsüdür. Çin dili min illərlə Çin sivilizasiyasının kulminasiya nöqtəsidir, dünyanın ən qədim və gözəl dillərindan biridir. Son illər Çin və Azərbaycanın birgə səyləri sayəsində fəaliyyətə başlayan iki Konfutsi İnstitutu Azərbaycan xalqının Çin dilini öyrənmək və Çini tanımaq üçün mühüm platformaya çevrilərək iki ölkə arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə töhfə verib.
Bu il Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. İki ölkənin dövlət və özəl qurumları, universitetləri, mediası və müxtəlif icmaları, o cümlədən Konfutsi İnstitutu bir sıra tədbirlər təşkil edib. Çin dilini öyrənən bir çox tələbələr Çin-Azərbaycan dostluğuna öz xeyir-dualarını və ümidlərini özünəməxsus şəkildə ifadə ediblər. Bu, azərbaycanlı gənclərin Çinə və 5000 illik Çin sivilizasiyasına olan böyük marağını şəxsən yaşamaqdan irəli gəlir.
“Çox şadam ki, bu gün gənclər Çin dili biliklərini və istedadlarını nümayiş etdirirlər. Ümidvaram ki, bütün iştirakçılar yaxşı çıxış edəcək, bu müsabiqə vasitəsilə Çin tarixi və mədəniyyətini daha dərindən dərk edəcək, Çin dilinin dərin mədəni irsini hiss edəcəklər”, - deyə müvəqqəti işlər vəkili Dinq Tao qeyd edib.
“Çin dili körpüsü” müsabiqəsinin bu il “Bir dünya, bir ailə” mövzusuna həsr edildiyini bildirən Dinq Tao deyib: “Daim dəyişən beynəlxalq vəziyyət və pandemiyanın uzun müddət davam etməsi fonunda dünyanın bütün ölkələrinin xalqları həmişəkindən daha çox dərk edirlər ki, onlar eyni planetdə yaşayırlar, onların taleyi bağlıdır, biz şəfa və bəlaya şərikik. Yalnız bütün ölkələrin insanları birlikdə çalışdıqda və bir-birinə kömək etdikdə, onlar dünyada sülhün və rifahın təşviqinə və bəşəriyyətin ümumi rifahının yüksəldilməsinə daha çox töhfə verə bilərlər.
Ümidvaram ki, Azərbaycanda keçirilən “Çin dili körpüsü” müsabiqəsi və Çin dilinin tədris işi getdikcə dala da yaxşılaşacaq. Çin dilinin “qızıl açarı vasitəsilə azərbaycanlı gənc dostlar Çin sivilizasiyasını araşdırmaq üçün qapı açacaq və iki ölkə arasında əməkdaşlığın iştirakçıları olacaqlar”.
Sonra çıxış edən Xəzər Universitetinin rektoru İradə Xəlilova tədbirin əhəmiyyətini vurğulayıb, müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra müsabiqə 3 mərhələdə davam edib.
Sonda qaliblər mükafatlandırılıb. Birinci yerin qalibi Vüsal Mustafayev, ikinci yerin qalibi Rəhman Qarayev, üçüncü yerin qalibləri isə Maral Məmmədova, Nuriyyə Cəfərova olublar.
Tehsil-press.az