Ukrayna "Eurovision 2017"ni harada keçirəcəyinə qərar verdi

Ukrayna "Eurovision 2017" Ukrayna Təşkilat Komitəsi beynəlxalq mahnı müsabiqəsinin Kiyevdə keçiriləcəyini elan edib.

Bu barədə Tehsil-press.az "112 Ukrayna" telekanalına istinadən məlumat verir. Paytaxt səslərin 19-nu, Odessa 2-ni qazanıb, Dnepr (Dnepropetrovsk) isə səs qazana bilməyib. Həmçinin müsabiqənin keçiriləcəyi məkan da bəlli olub. Yarış Dneprin sol sahilində yerləşən Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq. Mərkəzin 12-14 min tamaşaçını qəbul edə biləcəyi deyilir.


Tehsil-press.az

Oxşar xəbərlər