Avropanın bir çox ölkələrində orta ömür müddəti azalıb

Avropanın bir çox ölkələrində orta ömür müddəti azalıb Demək olar ki, bütün Avropa ölkələrində 2020-ci ildə koronavirus pandemiyası fonunda orta ömür uzunluğunun müddəti azalıb.
Bu barədə “Avrostat” statistika agentliyinin məlumatlarında deyilir. Bildirilir ki, 60-cı illərdən bəri hər on ildən bir orta ömür uzunluğunun müddəti 2 il artsa da, bu göstəricilər ötən il 27 ölkədən 22-də azalıb. Ən çox azalma İspaniyada (-1,6 il), Bolqarıstanda (-1,5 il) Litva, Polşa və Rumıniyada (-1,4 il) müşahidə olunur. Bundan başqa, azalma göstəriciləri daha çox kişilər arasında qeydə alınıb. Bolqarıstanda kişilər arasında bu rəqəm 1,7 il, Latviya və Polşada 1,6 il, İspaniya və Rumıniyada isə 1,4 ildir.
Qeyd edək ki, Avropada koronavirusa 40,8 milyon nəfər yoluxub, 935 min pasiyent dünyasını dəyişib.

Tehsil-press.az



Oxşar xəbərlər