Nordik İnvestisiya Bankının baş katibi: "Azərbaycanda layihələri maliyyələşdirməyə hazırıq"

Nordik İnvestisiya Bankının baş katibi: Nordik İnvestisiya Bankı (NİB) bir neçə formada Azərbaycanda layihələrin maliyyələşdirilməsinə hazırdır.
Bunu NİB-in baş katibi Heikiki Kantel deyib.
Azərbaycanda yeni layihələrin maliyyələşdirilməsinə gəlincə, Heikiki Kantel deyib ki, bu iki şəkildə mümkündür. Birincisi Nordik İnvestisiya Bankı Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) vasitəsilə layihələrə yatırım edə bilər. Digər bir seçim isə NİB-lə Azərbaycan hökuməti arasında razılaşma əldə olunmasıdır. Bu halda hətta birbaşa yatırımlar da mümkündür: "Düşünürəm ki, bu məsələ gələcəkdə müzakirə ediləcək. Bərpa olunan enerji sahələri yatırım üçün nəzərdən keçirilə bilər".
Qeyd edək ki, Nordik İnvestisiya Bankı indiyə kimi QDTİB-ə 1,5 milyon avro dəyərində kredit verib, bu həcmdə kreditin yarısı Azərbaycana ayrılıb.
Heikiki Kantel həmçinin, Rusiya əməkdaşlıq məsələsinə də aydınlıq gətirib. O bildirib ki, NİB Rusiya Federasiyasında bir çox layihələrin uğurla maliyyələşdirilməsində iştirakçı olub. Amma 2014-cü ildə Krımın işğalından sonra NİB sanksiyalara qoşulub və Rusiyada layihələrin maliyyələşdirilməsini dayandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər