İran sərhədində silahlı toqquşma - 12 terrorçu öldürüldü

İran sərhədində silahlı toqquşma - 12 terrorçu öldürüldü İran hərbçiləri ölkənin qərbində silahlı qruplaşma ilə toqquşmada 12 terrorçunu zərərsizləşdiriblər. Tehsil-press.az-n RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları komandiri Məhəmməd Pakpur deyib. Onun sözlərinə görə, toqquşma İraqla sərhəddə yerləşən Kermanşah əyalətində baş verib. Toqquşmada 3 iranlı hərbçi xəsarət alıb.

Tehsil-press.az

Oxşar xəbərlər