Sertifikasiya imtahanlarına hazırlaşanlar üçün informatika fənni üzrə seminar təşkil edilib

Sertifikasiya imtahanlarına hazırlaşanlar üçün informatika fənni üzrə seminar təşkil edilib Müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarına hazırlaşanlara dəstək məqsədilə Təhsil İnstitutunun seminarları davam edir.
Növbəti seminar informatika fənni üzrə təşkil edilib. İnstitutun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşı Turan İslam görüşün planını təqdim edib.
Seminarda informatika fənni üzrə çərçivə sənədi ilə bağlı izahat verilib və iştirakçılar müəllimlərin işə qəbulu imtahanında iştirak edənlərin hazırlıq səviyyəsinə qoyulan tələblərlə bağlı məlumatlandırılıb.
Eyni zamanda, əvvəlki illərdə imtahanlarda istifadə olunan, həmçinin yeni sual nümunələri təqdim edilib və bu nümunələrin iştirakçılarla birlikdə həll yolları müzakirə edilib.
Seminarda Bakı Avropa Liseyinin müəllimi Şəfəq Ələkbərova, Bakı Mühəndislər Universitetinin müəllimi Elməddin Hüseynov, Azərbaycan Universitetinin müəllimi Gündüz Mirzəbəyli, 279 saylı tam orta məktəbin müəllimi Anar Əhədli çıxış ediblər.
Qeyd edək ki, mütəmadi olaraq ayrı-ayrı fənlər üzrə seminarların keçirilməsi planlaşdırılır.

Tehsil-press.az


Oxşar xəbərlər