İyulun 1-də AMEA-da görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, “Şərəf” və “Şöhrət” ordeni laureatı, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 75 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbir AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Əvvəlcə görkəmli bəstəkarın həyat və yaradıcılığından bəhs edən “Firəngiz Əlizadənin yaradıcılıq səhifələri” adlı sənədli film nümayiş olunub.
Tədbiri açan AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli Firəngiz xanımın yaradıcılığında əldə etdiyi yüksək nailiyyətlərin onun sənətinin böyüklüyünün bariz nümunəsi olduğunu vurğulayıb.
“Firəngiz Əlizadə türk-müsəlman dünyasının Avropanı fəth etmiş ən dəyərli bəstəkarlarından biridir”, - deyən akademik görkəmli bəstəkarın Avropaya təqdim etdiyi musiqinin Şərq və Qərb musiqisinin sintezindən ibarət olduğunu qeyd edib. Əlavə edib ki, görkəmli bəstəkar Azərbaycan motivini və fəlsəfəsini Qərb musiqisinin dili ilə dünya ictimaiyyətinə çatdırmaqdadır.
Akademik İsa Həbibbəylinin sözlərinə görə, Firəngiz Əlizadə Qərbdə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində əhəmiyyətli işlərə imza atmaqla yanaşı, Qərb ölkələrində yeni növ mədəniyyətin – Şərq ağırlıqlı Qərb mədəniyyətinin formalaşmasında iştirak edən nadir bəstəkarlardan biridir.
Vitse-prezident bəstəkar Firəngiz Əlizadənin musiqi dili ilə Şərqin reallıqlarını, Azərbaycan gerçəkliklərini Qərbə ən yüksək səviyyədə çatdırmasını musiqimizin böyük təntənəsi kimi qiymətləndirib: “Bu, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən mədəniyyət siyasəti nəticəsində müstəqil Azərbaycan incəsənətinin dünya incəsənətinə inteqrasiyasının isbatıdır”.
Akademik İsa Həbibbəyli Firəngiz Əlizadənin AMEA-nın müxbir üzvü kimi Azərbaycan elminin inkişafına böyük töhfələr vermiş, musiqişünaslıq elmini zənginləşdirən dəyərli ziyalılarımızdan olduğunu vurğulayıb, görkəmli alimə möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq nailiyyətləri arzu edib.
Yubiley tədbirində AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın “Azərbaycan xalqının görkəmli bəstəkarı”, professor Həcər Babayevanın “Firəngiz Əlizadə və azərbaycançılıq”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülarə Vəzirovanın “Firəngiz Əlizadənin yaradıcılığının əsas mərhələləri” və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamovanın “Firəngiz Əlizadənin balet musiqisi” mövzusunda məruzələri dinlənilib. Diqqətə çatdırılıb ki, Firəngiz Əlizadə görkəmli bəstəkar və musiqişünas olmaqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Bəstəkarın yaradıcılığı musiqişünaslar üçün əsl tədqiqat mənbəyidir. O, hər zaman gənc bəstəkarlara diqqət və qayğı göstərir. Firəngiz xanımın yaradıcılığı yalnız ifaçılarımız üçün deyil, musiqi elmimiz üçün də dəyərli bir mənbədir.
Elmi sessiyada AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Memarlıq və İncəsənət İnstitutunun baş direktoru Ərtegin Salamzadə və digərləri görkəmli bəstəkarın ömür salnaməsindən, zəngin yaradıcılıq fəaliyyətindən, Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən söz açıb, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonda Firəngiz Əlizadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara göstərilən diqqət üçün təşəkkür edib. O, Azərbaycan musiqisinin təbliği naminə bundan sonra da böyük əzmlə çalışacağını vurğulayıb.
Tehsil-press.az