Srebrenitsa soyqırımı qurbanı olan daha 50 nəfər kütləvi dəfn ediləcək

Srebrenitsa soyqırımı qurbanı olan daha 50 nəfər kütləvi dəfn ediləcək Srebrenitsa soyqırımı qurbanı olan daha 50 nəfər iyulun 11-də kütləvi dəfn ediləcək.
Soyqırımının 27-ci ildönümündə Potoçari Memorial Qəbiristanlığında dəfn olunacaq 50 nəfərin məzarı qazılmağa başlayıb.
Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 1995-ci il iyulun 11-də başlayan soyqırımından xilas olmaq istəyən bosniyalı vətəndaşların Tuzla şəhərinə getmək üçün istifadə etdiyi meşə yolunda isə “Sülh yürüşü” təşkil ediləcək.
İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük insanlıq faciəsi olaraq xarakterizə edilən Srebrenitsa soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Öldürülən bosniyalılar kütləvi məzarlıqlarda basdırılıb. Cəsədləri kütləvi məzarlıqlarda aşkarlanan faciə qurbanları şəxsiyyəti müəyyən edildikdən sonra hər il iyulun 11-də Potoçari Memorial Qəbiristanlığında keçirilən mərasimlə dəfn olunur.
Qəbiristanlıqda indiyədək 6671 nəfər dəfn edilib. Faciədən 27 ilə yaxın vaxt keçməsinə baxmayaraq, 1000-dən çox soyqırımı qurbanının cəsədi hələ də tapılmayıb.

Tehsil-press.az


Oxşar xəbərlər