14 məzun ibtidai sinif müəllimliyi ixtisasını ingiliscə bitirdi
Sayca 14 nəfərdirlər. İbtidai sinif müəllimliyi ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alırlar. Universitetin “ilk”lərindəndirlər. ADPU-da İbtidai sinif müəllimliyi ixtisası üzrə tədrisi ingilis dilində təşkil edilən ilk qrupdur.
Müdafiə
342-ci otaqdayıq. Səhər saat 10-da onların müdafiəsi başlayıb. Rektor Cəfər Cəfərov və ibtidai təhsil fakültəsinin dekanı Fərrux Rüstəmovun rəhbərlik etdiyi böyük bir komissiya qarşısında təqdimatla çıxış etməlidirlər. Təhsil naziri Emin Əmrullayevin də onların müdafiəsinə qatılacağı gözlənilir. Belə bir komissiya qarşısında çıxış edəcək, təcrübəli müəllimlərə müəllimliyin sirlərindən danışacaq, hər biri özünü müəllim kimi sübut etməyə çalışacaq, müəllimlərini buna inandıracaqlar. Olduqca çətin görünür, elə deyilmi? Ona görə də həyəcanlıdırlar. Buna baxmayaraq, özlərinə güvəndikləri aydın görünür.
Buraxılış işinin müdafiəsində ilk söz Mədinə Taibovaya verilir. Təqdimatı “Uşaqlara dinləmənin öyrədilməsi” mövzusundadır. Təqdimatından özü də razıdır, müəllimləri də: “4 ay təcrübə keçdik və gördüm ki, uşaqlar məni dinləyir. Elə özüm də dinləməyi yaxşı bacarıram”.
İbtidai təhsil fakültəsinin İbtifai sinif müəllimliyi ixtisası üzrə sonuncu tədris ili tələbəsi Mədinə Taibova deyir ki, qəbul olunanda tədrisi ingilis dilində deyil, Azərbaycan dilində olan bir ixtisas seçib: “İngilis dilində tədrisə başlayanda ingilis dilini orta səviyyədə bilirdim. Burada müəllimlərimin sayəsində həm ingilis dilində olan bilik səviyyəmi inkişaf etdirdim, həm də ixtisasım üzrə bilik və bacarıqlara yiyələndim. Beynəlxalq məktəblərdə təcrübə keçdim. Britaniya, Avropa tədris sistemi ilə dərslər keçdik. Britaniyadan gələn müəllimlərdən tövsiyələr aldıq, təcrübələrini öyrəndik. Buna görə də özümü çox şanslı hiss edirəm”.
Mədinədən sonra Sənubər kürsüyə dəvət olunur.Sənubər Əmrəhmədova da xüsusi təşkil edilmiş qrupda təhsil almağın, necə deyərlər, “haqqını verir”. İstər səlis danışığı, istər qazandığı ixtisas biliyini tətbiqetmə bacarığı, istərsə də təqdimatı ilə münsiflər heyətində müsbət rəy yaradır.
Dövlət yanınızdadır
Növbəti təqdimat Fəridə İmanzadənindir. O öz müdafiəsinə başlayan anda təhsil naziri də tələbələrin buraxılış işinin müdafiəsinə qatılır və dinlədiyi tələbələrin təqdimatından çox razı qalır.
Emin Əmrullayev tələbələrin bu səviyyədə yetişməsində rolu olan müəllimlərə, dekanlığa təşəkkürünü bildirib. Tələbələrin peşə seçiminin də uğurlu olduğunu deyən təhsil naziri onlara dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb. Təhsilini xaricdə davam etdirmək istəyənlərə isə xaricdə təhsil üzrə dövlət proqramlarından faydalanmağı tövsiyə edib.
330 nəfərin içərisindən seçilənlər
Fakültə dekanı professor Fərrux Rüstəmov ADPU-da rektor professor Cəfər Cəfərovun əmri ilə yaradılan eksperimental qruplardan, özünün təşkil etdiyi ingilis dilli qrupdan həvəslə və böyük şövqlə danışır. 3 il əvvəl bu yola çıxanda müəyyən tərəddüdləri olsa da, bu gün ali pedaqoji təhsil tarixində yeni bir ilkə imza atmaqlarından qürurludurlar. Bizimlə söhbətində prof.Fərrux Rüstəmov bildirdi ki, bu ideyanın müəllifi rektor professor Cəfər Cəfərovdur. O, bütün fakültələrdə SABAH kimi xüsusi qrupların təşkilini, tədrisdə fərqli tədris texnologiyalarının tətbiqini, həmin qruplar üçün zəruri infrastrukturla təmin edilmiş auditoriyaların yaradılmasını tapşırdı. İbtidai sinif müəllimliyi ixtisası üzrə SABAH qrupu olduğundan yeni yaradılacaq qrupda tədrisin ingilis dilində aparılmasını planlaşdırdıq. Bunun üçün geniş araşdırma apardım. Məlum oldu ki, Bakıda ingilis dilli xeyli ibtidai məktəb və sinif fəaliyyət göstərir. Bir neçə məktəbdə oldum. Öyrəndim ki, həmin məktəblərdə tədris aparan müəllimlərin əksəriyyəti ya xarici ölkələrdən dəvət olunub, ya da ingilis dili müəllimləridir. Axı, ibtidai sinif müəllimlərinə dil bacarıqları ilə yanaşı, həm də riyazi qabiliyyətlər, musiqi və rəng duyumu lazımdır. Onlar həyat bilgisi, texnologiya və fiziki tərbiyə fənlərini də tədris etməyi bacarmalıdırlar. İngilis dili müəllimlərinə bunların heç biri öyrədilmir. Digər tərəfdən, hesab edirəm ki, tədris ingilis dilində aparılsa da, ibtidai siniflərdə dərs keçənlər hökmən azərbaycanlı müəllimlər olmalıdır. Axı, xarakteri xarakter formalaşdırır.
Tədrisin Azərbaycan dilində təşkil olunduğu məktəb direktorları ilə söhbət zamanı onlar da mənim fikrimi dəstəklədilər, gələcəkdə məktəblərində ingilis bölməsinin yaradılmasını arzuladıqlarını bildirdilər. İndiki 14 nəfər məzun ibtidai sinif müəllimliyi ixtisasında bir il Azərbaycan dilində oxuyublar. İkinci tədris ilində 330 tələbənin içərisindən ingilis dilini bilmə səviyyələrinə və riyazi qabiliyyətlərinə görə seçiliblər.
Üç il müddətində onlar intensiv şəkildə ingilis dilini öyrənmiş, bütün fənləri ingilis dilində keçmişlər. İngilis dilinin qrammatikasını və metodikasını f.ü.f.d.Esmira Ağamalıyeva, Talehə Əhmədova, pedaqoji fənləri p.ü.f.d.Firəngiz Kərimova, Sevinc Rüstəmova, humanitar fənləri s.e.f.d. Rəşad Sadıqov, f.ü.f.d.Paşa Quluzadə, riyazi fənləri və informatikanı dos.Sevinc Cəbrayılzadə, musiqini Mədinə Ağayeva, təsviri incəsənəti professor Cəmilə Həsənzadə, fiziki tərbiyə fənnini Zərifə Bayramova tədris etmişdir. Bu müəllimlərin hamısı ingilis dilini mükəmməl bilən, müxtəlif beynəlxalq sertifikatları olan, Avropa, ABŞ və Türkiyədə magistratura hazırlığı və ya 3-6 aylıq kurs keçən müəllimlərdir. İbtidai siniflərdə fiziki tərbiyə və onun tədrisi metodikası fənnini tədris edən Zərifə Bayramova magistraturanı Böyük Britaniyada, inklüziv təhsil, təhsil fəlsəfəsi fənlərini tədris edən Sevinc Rüstəmova İsveçin Göteburq Universitetinin magistraturasını bitirmişdir. Tələbələrimizdən 3 nəfər buraxılış yekun Attestasiya imtahanı vermiş və yüksək qiymət almışlar. 13 nəfər isə bu pedaqogika, ingilis dili üzrə buraxılış işi müdafiə edəcəklər. Tələbələrin elmi rəhbərləri pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Firəngiz Kərimova, filologiya üzrə fəlsəfə doktoru Esmira Ağamalıyeva və Sevinc Rüstəmovadır. Hər üç müəllimimiz də qrupumuz kimi, qürurumuzdur”.
“Onların hər birini Universitetimizə bağlamaq istərdim”
ADPU-nun rektoru professor Cəfər Cəfərov isə tələbələrini əlindən vermək istəmir. Rektor “Azərbaycan müəllimi”nə açıqlamasında tələbələrin müdafiəsini neçə illik zəhmətin bəhrəsi kimi qiymətləndirib, onlardan qürurla danışıb: “Universitetimizdə tədrisin keyfiyyətini artırmağı və dünyamiqyaslı universitet səviyyəsinə çatdırmağı arzulayırıq. Biz hədəfimizə doğru irəliləyirik. Tələbələrimiz, sadəcə ingilis dilində təqdimat qabiliyyətinə görə yox, müəllimlik bacarığına görə də yetişmiş hazır müəllim olduqlarını göstərdilər. Onlar tələbə olarkən müxtəlif treninqlərdə iştirak ediblər, beynəlxalq sertifikatlar qazanıblar. Tələbələrimiz saylı məktəb-liseydə, Landau school-da və British collage-də pedaqoji təcrübədə olublar. Hər biri başqa yerlərdən çoxsaylı iş təklifləri alıb. Onların hər birini Universitetimizə bağlamaq istərdim. Kreativ düşüncəli belə gəncləri universitetimizdə magistrant, doktorant və müəllim kimi görmək bizim arzumuzdur. Hesab edirəm ki, bu layihə uğurla davam edəcək. Keçən il Dövlət İmtahan Mərkəzi tərəfindən ibtidai sinif müəllimliyi ixtisasına Dövlət İmtahan Mərkəzi tərəfindən 15 nəfər tələbə qəbul olunub. Bu il isə 25 nəfərin qəbulunu planlaşdırmışıq. Müəllim hazırlığı ilə bağlı görüləcək işlər çoxdur, bununla bağlı xeyli yeni layihələr həyata keçirməyi planlaşdırırıq. Ümidvaram ki, ADPU bu ənənəsini davam etdirəcək, bundan sonra da pedaqoji kadr hazırlığında öz liderliyini qoruyub saxlayacaq.
Ruhiyyə DAŞSALAHLI