Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Məzun günü” tədbiri keçirilib.
Əvvəlcə institutun rəhbər heyəti və məzunları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qоyub, xatirəsini еhtiramla anıblar.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad olunub.
Müvafiq dövlət qurumları nümayəndələrinin, müəllim və tələbələrin iştirak etdikləri tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Aİİ-nin tələbələri toplu şəkildə Qurani-Kərim oxuyublar.
Tədbirdə çıxış edən Aİİ-nin rektoru Aqil Şirinov ali təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, ilk məzun buraxılışı həyata keçirən Aİİ Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. “İnstitutda bir fakültə (İlahiyyat fakültəsi) və üç kafedra (Dinşünaslıq, İslamşünaslıq və Dillər və ictimai fənlər kafedraları) mövcuddur. Hazırda fakültədə bakalavriat səviyyəsində 265, magistratura səviyyəsində 5, doktorantura səviyyəsində 3 tələbə təhsil alır.
Aİİ xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulmasıdır. Bu məqsədlə Aİİ dünyanın qabaqcıl universitetlərinin təcrübəsindən yararlanır, beynəlxalq əlaqələrini genişləndirir.
İnstitutda təkcə Quran, Hədis, Təfsir, Fiqh, Kəlam kimi İslam dininin tədrisinə dair ənənəvi fənlər deyil, eyni zamanda, dinləri sosioloji, psixoloji, fəlsəfi və tarixi aspektlərdən tədqiq edən fənlər tədris olunur.
Ali təhsil müəssisəsi xarici dillərin tədrisinə böyük əhəmiyyət verir. İnstitutda tələbələr ərəb, ingilis və ibri dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdirlər. Bütün xarici dillər peşəkar mütəxəssislər tərəfindən müasir metodlar əsasında 4 dil bacarığının – oxuma, dinləmə, danışma, yazma inkişafı istiqamətində tədris edilir. Dərslərdən əlavə, tələbələr üçün ödənişsiz ərəb və ingilis dili kursları təşkil olunur.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşlıq etdiyi xarici ali təhsil müəssisələri rəhbərlərinin videotəbrikləri nümayiş etdirilib.
Azərbaycan Respublikası Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri, professor Fəzail İbrahimli məzunları təbrik edib. Azərbaycanda mövcud tolerant mühitdən bəhs edən F.İbrahimli ölkəmizin dövlət-din münasibətlərinin dünyaya nümunə olduğunu bildirib.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din münasibətlərinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərilir.
Prezident İlham Əliyevin institutun yeni binasının açılışında iştirak etməsinin din sahəsinə böyük diqqətin növbəti təzahürlərindən biri olduğunu qeyd edən M.Qurbanlı məzunların ali təhsil ocağında aldıqları bilik və bacarıqlardan yüksək səviyyədə istifadə edərək, gələcək fəaliyyətləri dövründə ölkəmizin daha da inkişafına, dövlət-din münasibətlərinə öz töhfələrini verəcəklərinə inamını vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev məzunlara öz tövsiyələrini verib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin sektor müdiri Müzəffər Talıblı məzunları təbrik edərək deyib: “Siz məzunlar öz sahəsinin peşəkar mütəxəssisləri olan müəllimlərinizdən aldıqlarınız biliklərlə dini-ideoloji sahədə mütəxəssis kimi yetişərək cəmiyyətə sağlam dini bilgilər verəcəksiniz”.
Professor Şahlar Əsgərov Aİİ məzunlarının cəmiyyətdə milli-mənəvi dəyərlərin aşılanması istiqamətində xüsusi rol oynayacaqlarını diqqətə çatdırıb.
Milli Məclisin deputatları Ceyhun Məmmədov, Anar İsgəndərov cəmiyyətdə təhsilin mühüm rolundan danışıb, ölkəmizdə bu sahəyə xüsusi əhəmiyyət verildiyini vurğulayıblar.
Valideynlər adından çıxış edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Vaqif Abışov məzunlara xoş arzularını bildirib.
Aİİ-nin məzunları adından çıxış edən Fərid Qasımzadə Azərbaycan İlahiyyat İnstitutunun missiyasının İslam və digər səmavi dinlər haqqında dərin biliklərə yiyələnən, dini və əxlaqi dəyərləri qorumaqla milli və mədəni inkişafa töhfə verən kadrlar yetişdirmək olduğunu vurğulayıb.
Daha sonra Azərbaycan İlahiyyat İnstitutu məzunlarının iştirakı ilə hazırlanmış videoçarx nümayiş olunub.
Azərbaycan İlahiyyat İnstitutunun məzunları Tələbə Andını səsləndiriblər.
Tehsil-press.az