Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) dördillik fəaliyyətinə həsr olunan tədbir keçirilib.
Əvvəlcə institutun rəhbər heyəti Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Aİİ-nin rektoru Aqil Şirinov institutun dördillik fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ölkədə yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını qarşısına məqsəd qoyan institut qısa zamanda bir sıra nailiyyətlər əldə edib.
Məqsəd və hədəflərdən danışan rektor bildirib ki, institut bu il ilk dəfə məzun buraxılışı həyata keçirəcək: “Hər birimiz çalışmalıyıq ki, məzun olacaq gənclərimiz savadlı, yüksək intellektə, geniş dünyagörüşünə malik, sağlam düşüncəli, Vətənini sevən mütəxəssislər olsunlar”.
Tələbələrin həm akademik, həm də şəxsi inkişafına töhfə vermək məqsədilə institutda müxtəlif kurslar həyata keçirildiyini diqqətə çatdıran Aqil Şirinov gələcək layihələr haqqında da məlumat verib. İnstitutun fəaliyyətinin daha səmərəli təşkili üçün kollektivin birgə əməyini yüksək qiymətləndirib.
Aİİ-nin rəhbəri institutda tədrislə yanaşı, tədqiqat sahəsində də bir çox işlər görüldüyünü vurğulayıb. Qeyd edib ki, ildə iki dəfə elmi jurnal, müəllimlərin araşdırma əsərləri dərc edilir: “Bu əsərlərin bir çoxu yeni tədqiqat nümunələridir. Həmçinin müəllimlərin elmi məqalələri “Web of Science” və “Scopus” kimi nüfuzlu platformalara daxil olan beynəlxalq jurnallarda dərc olunur”.
İnstitutda tədrisin daha da təkmilləşdirilməsinə xüsusi önəm verildiyini qeyd edən Aqil Şirinov bu məqsədlə müxtəlif qabaqcıl xarici ölkə universitetləri ilə əlaqələrin qurulduğunu nəzərə çatdırıb. Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov tədrisin daha da təkmilləşdirilməsi, tələbələrin savadlı, yüksəkixtisaslı kadr kimi yetişməsi üçün qarşıda duran hədəflərdən bəhs edib.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov kollektivin birgə əməyi nəticəsində qarşıda duran məqsəd və hədəflərə tez bir zamanda nail olacaqlarını vurğulayıb.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində təsis edilib.
Tehsil-press.az