Xəzər Universiteti beynəlxalq əlaqələrini genişləndirir

Xəzər Universiteti beynəlxalq əlaqələrini genişləndirir Xəzər Universitetinin tərəfdaşlarından biri olan Özbəkistanın Termez Dövlət Universiteti ilə onlayn görüş keçirilib.
Görüşdə Xəzər Universitetindən beynəlxalq əlaqələr üzrə prorektor Vlad Verniqora, Termez Dövlət Universitetindən beynəlxalq əlaqələr üzrə prorektor Möhruh Müzəffərovna və başqaları iştirak ediblər. Tərəflər universitetlərarası əlaqələrin genişləndirilməsi, işçi heyəti və tələbələrin mübadiləsi, bir sıra digər vacib məsələləri müzakirə ediblər.
Onlayn görüşdə hər iki universitet ilə bağlı təqdimat keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər