Xəzər Universiteti Türkiyənin ali məktəbləri ilə əlaqələrini genişləndirir

Xəzər Universiteti Türkiyənin ali məktəbləri ilə əlaqələrini genişləndirir Xəzər Universitetində Türkiyənin Nişantaşı Universitetinin nümayəndələri ilə görüş keçirilib.
Universitetlərarası mövcud əməkdaşlığın möhkəmləndirilməsi, işçi və tələbələrin mübadiləsi və bir sıra vacib məsələlər görüşün əsas müzakirə mövzusu olub.
Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, rektor İradə Xəlilova, beynəlxalq əlaqələr üzrə prorektor Vlad Vernigora, Nişantaşı Universitetinin təsisçisi Levent Uysal, həmin universitetin baş katibi Ahmet Sungercioğlu və başqaları iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər