İsveçrə ukraynalılara minatəmizləmə təlimi keçəcək

İsveçrə ukraynalılara minatəmizləmə təlimi keçəcək İsveçrə ordusu ukraynalılara minaları təmizləmək üçün təlim keçəcək.
Bu haqda federal hökumətin bəyanatında qeyd olunub.
“NATO Sülh Tərəfdaşlığı çərçivəsində İsveçrə hərbçiləri Cenevrə Beynəlxalq Minalardan Təmizləmə Mərkəzi (GICD) ilə birlikdə minalardan təmizləmə üzrə beynəlxalq təlim təşkil edəcək”, - deyə məlumatda bildirilir.
Sonrakı həftələrdə Ukraynadan bəzi mülki ekspertlərin mina və partlayıcı maddələr sahəsində təlim keçmək üçün İsveçrəyə gələcəyi qeyd olunub.
Qeyd edək ki, Ukrayna hökumətinin mayın 13-də verdiyi bəyanatda bildirilir ki, fevralın 24-də Rusiya ilə müharibə başlayandan bəri Ukrayna təhlükəsizlik qüvvələri ölkə daxilində ən azı 80 min mina və partlayıcı maddə aşkar edərək məhv edib.
Ölkədəki bütün minaların təmizlənməsi üçün onilliklər lazım olduğu vurğulanıb.

Tehsil-press.az




Oxşar xəbərlər