On bir dövlət orqanında mövcud olan 44 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.
Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 59 namizədlə 60 müsahibənin keçirilməsi planlaşdırılır. İyunun 30-da elan olunmuş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
Ən yüksək müsabiqə müraciəti vəziyyəti Qida Təhlükəsizliyi Agentliyi, Hüquq, kadr və icraya nəzarət şöbəsi, Hüquqi təminat sektoru -böyük məsləhətçi (1 vakant yer üzrə 7 namizəd), Maliyyə Nazirliyi, Gəncə Şəhəri üzrə Maliyyə İdarəsi, Xərclərin proqnozlaşdırılması sektoru - sektor müdiri (1 vakant yer üzrə 6 namizəd) üzrə yaranıb.
Müsahibələrin avqustun 1-dən 25-dək olan dövrdə keçirilməsi planlaşdırılır.
Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
Tehsil-press.az