Azərbaycan Dövlət İqtisad Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulunun müddəti uzadılıb

Azərbaycan Dövlət İqtisad Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulunun müddəti uzadılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022/2023-cü tədris ili üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulunun müddəti sentyabrın 1-dək uzadılıb.
Bakalavriat pilləsində ümumilikdə 22 ixtisas üzrə təkrar ali təhsil üçün ödənişli əsaslarla tələbə qəbulu həyata keçirilir. Universitetin Zaqatala filialında isə qəbul 8 ixtisas üzrə aparılır.
Qəbul olmaq istəyənlər sənədlərini yalnız elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.
Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər