Polşanın Krakov şəhərində yerləşən Yagellon Universitetinin arxeoloqu Lukaş Oleşçak Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə tanış olub.
MEK-in icraçı direktoru Şəhla Tahirqızı kitabxananın ümumi fəaliyyəti haqqında qonağa məlumat verib.
Qonaq sərgi salonu, AMEA-nın yaradılmasında əməyi keçən 15 akademikin büstlərinin yer aldığı qalereya, Diplomatik fond, Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olub. Polşalı arxeoloq Qarabağ müharibəsi qəhrəmanları fondunda “Zəfər memarları”, “Biz qalib xalqıq!”, “Qarabağ Azərbaycandır!” başlıqlı stendlərə, həmçinin fondda sərgilənən nəşrlərə baxıb. O, kitabxana ilə tanışlıqdan məmnunluğunu bildirib, təmsil etdiyi universitet adından kitab mübadiləsinin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb.
Tehsil-press.az