Mərkəzi Elmi Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib

Mərkəzi Elmi Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Vətən müharibəsi şəhidləri Emin Süleymanovun, Sədi Musayevin, Anar Əliyevin övladlarına, Şuşa rayon 6 nömrəli tam orta məktəbin direktoru, müəllimləri və şagirdlərinə gənc yazar Sevindik Nəsiboğlunun kitabları təqdim olunub. Eləcə də MEK-in fondlarından müxtəlif elm sahələrini əhatə edən dəyərli kitablar, əlfəcinlər hədiyyə edilib. Uşaqlar tərəfindən şeirlər səsləndirilib və onlar kitabxana ilə yaxından tanış olublar.
MEK-in daimi oxucusu Zaur Nəcəfova, müharibə əlili Asəf Məhərrəmova birillik oxucu kartları, kitabxananın digər istifadəçilərinə isə dəyərli nəşrlər verilib.

Tehsil-press.az


Oxşar xəbərlər