Naqif Həmzəyev: “İslahatlar nəticəsində Azərbaycan elmində böyük sıçrayışlar olacaq”

Naqif Həmzəyev: “İslahatlar nəticəsində Azərbaycan elmində böyük sıçrayışlar olacaq” “Cənab Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycan Milli Elmlər Akademiyasının bəzi institutlarının yeni yaradılmış Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi alqışlanmalıdır. Bu, elmlə təhsilin birləşməsini təmin edəcək. Nəhayət, həm nəzəri, həm praktiki biliklərin əldə edilməsi mümkün olacaq və bütün proseslər kordinasiyalı şəkildə həyata keçiriləcək. Bunlarla yanaşı xarici təcrübəni nəzərə alaraq universitetlərdə, yəni Elm və Təhsil Nazirliyində müdafiələrin həyata keçirilməsi, diplomların verilməsi prosesinin daha da sadələşdiriliməsi çox yaxşı olardı. Belə olacağı təqdirdə Ali Attestasiya Komissiyası yalnız universitetlərdə aparılmış tədqiqatları, müdafiələri son anda ekspertiza edib təsdiqləmiş olacaq. Hazırda tədqiqatla məşğul olan gənc alimlərimiz yalnız sənəd yığmaqla məşğul olurlar, çox əziyyət çəkirlər. Nəticə etibarilə proses uzandıqca elmə gələn insanlar həvəsdən düşürlər”.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, islahatlar nəticəsində Azərbaycan elmində böyük sıçrayışlar olacaq: “Gənclər elmdə qalmağı seçəcək və yaxın gələcəkdə Azərbaycan elminə, eləcə də dünya elminə töhfələrini verəcəklər. Onu da əlavə etməliyəm ki, gənc alimlərin univeristetlərdə qalıb işləməsi üçün motivasiya xarakterli tədbirlər həyata keçirilməlidir. Bunların isə bəlkə də ən birincisi gənc tətqiqatçıların, gənc alimlərin xidməti mənzillərlə təmin edilməsidir. Azərbaycan Dövlət Aqrar Universitetində artıq bununla bağlı müəyyən işlər görülür. Dövlət bu sahəni maliyyələşdirir və gənc alimlərin, tədqiqatçıların müvəqqəti də olsa mənzillərlə təmin edilməsini həyata keçirməyi planlaşdırır. Bu, Azərabaycan universitetlərinin hər birində tətbiq edilməlidir. Gənc alimlər universitetdə qalıb işləyəcəyi və tədqiqatla məşğul olacağı təqdirdə, bu cür şəraitlə təmin edilməlidirlər”.

Tehsil-press.az


Oxşar xəbərlər