Ankara və Bakı sadələşdirilmiş gömrük dəhlizinə hazırlığı tamamlayır

Ankara və Bakı sadələşdirilmiş gömrük dəhlizinə hazırlığı tamamlayır “Ankara və Bakı sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasının son mərhələsindədir”.
Bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş Daşkənddə Türkiyə, Özbəkistan və Azərbaycanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə bildirib:
“Azərbaycanla bu layihəni pilot rejimdə həyata keçirmək üçün texniki baza yaradırıq. Türkiyə Özbəkistanla da analoji gömrük dəhlizini həyata keçirməyə hazırdır”.
Nazirin sözlərinə görə, Türkiyə, Azərbaycan və Özbəkistanın ümumi ÜDM-i 1 trilyon dollara çatır, üç ölkənin əhalisinin sayı isə 130 milyon nəfərdir ki, bu da böyük potensialın göstəricisidir.
Muş qeyd edib ki, Azərbaycan və Özbəkistanla imzalanmış güzəştli ticarət sazişləri Türkiyənin bu potensialın reallaşdırılmasına verdiyi önəmdən xəbər verir:
“Azərbaycan və Özbəkistan Türkiyənin Mərkəzi Asiya ilə ticarətində mühüm rol oynayır, Türkiyə isə öz növbəsində Azərbaycan və Özbəkistanın Avropa, Yaxın Şərq və Afrika ölkələri ilə ticarətində körpü rolunu oynayır”.
Qeyd edək ki, bu gün Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilib. Görüşün yekununda Daşkənd Bəyannaməsi imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər