Azərbaycan və Qazaxıstan universitetləri arasında birgə tədrisin təşkili üçün potensial imkanlar var

Azərbaycan və Qazaxıstan universitetləri arasında birgə tədrisin təşkili üçün potensial imkanlar var Azərbaycan Texniki və Qazaxıstanın Atırau Neft və Qaz universitetləri arasında nəqliyyat və logistika, neft-qaz nəqli, kimya texnologiyaları, mühəndis geodeziya və geofizika istiqamətlərində birgə tədrisin təşkili üçün potensial imkanlar nəzərdən keçiriləcək.
Bu barədə Qazaxıstan universitetinin rektoru Gülzadə Şakulikovanın AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşündə danışılıb.
Söhbət zamanı Xəzər dənizinin ekoloji problemləri, neft-qaz yataqlarının işlənilməsində müasir mühəndis yanaşmaları və digər istiqamətlərdə birgə elmi-tədqiqat imkanları da müzakirə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər