Yeddinci Beynəlxalq Sosial Elmlər Konqresində iştirak üçün Bakıda səfərdə olan Türkiyənin bir sıra universitetlərinin nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub.
Yıldız Teknik Universiteti, Yozqat Bozok Universiteti, Bülent Ecevit Universiteti və Tekirdağ Namiq Kamal Universitetinin nümayəndə heyətlərinə Azərbaycan İlahiyyat İnstitutu haqqında məlumat verilib, təhsil müəssisəsinin məqsəd və vəzifələri, hədəfləri haqqında ətraflı bəhs edilib. Aİİ-nin beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verildiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Aİİ xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Türkiyə ali məktəblərinin təcrübəsindən yararlanmaq, tələbə mübadiləsi aparmaq, həmçinin ali məktəblər arasında əlaqələri genişləndirməkdir.
Tehsil-press.az