“Özünü müsəlman adlandıran bir qrup şəxsin Azərbaycanın Londondakı səfirliyinə hücum etməsi birmənalı olaraq vandalizm aktıdır. Bu cür davranışların İslamla, uca dinimizlə heç bir əlaqəsi yoxdur, ola da bilməz”.
Bunu Məşədi Dadaş məscidinin imamı, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli bir qrup radikal dini dəstənin Londondakı səfirliyimizə hücum etməsini şərh edərkən bildirib.
Hacı Şahinin sözlərinə görə, bu, marginal bir qrupun törətdiyi təxribatdır:
“Bu kimi hərəkətlərlə Azərbaycanın müsbət imicinə zərbə vurmaq məqsədi daşıyırlar. Bu qruplaşma özünə bir çox müsəlman ölkəsində tərəfdar toplamağa çalışıb, amma öz niyyətinə çata bilməyib. Azərbaycanda da bu kimi radikal qrupların olmaması belə insanları qəzəbləndirir. Bu qruplar bir sıra ölkələrin xüsusi xidmət orqanlarına tabe olub onların göstərişləri ilə hərəkət edirlər. Öz çirkin niyyətlərini din adıyla pərdələməyə çalışırlar. Bunların məqsədi müsəlmanlar arasında birliyə zərbə vurmaqdır. Bu qrupları heç bir məzhəbə aid etmək olmaz. Azərbaycan bayrağının dini şüarlarla təhqir edilməsinin təbii ki, İslamla heç bir əlaqəsi ola bilməz. Bu cür davranışlar əvvəlcədən iflasa məhkumdur. Bu cür davranışları birmənalı şəkildə qınayırıq. Özünü müsəlman sayan insalar bu davranışlara heç bir bəraət verə bilməz”.
Qeyd edək ki, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin üzvləri hücum edib. London polisi onlardan 8 nəfərin saxlanıldığını bildirib.
Tehsil-press.az