Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə təşkilatçılığı ilə Sərhəd Qoşunlarının Göytəpə şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Vətən sərhəddən başlayır, sərhədlərimiz milli dəyərimizdir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Vətən uğrunda şəhid olan igidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda dini radikalizmin yaranma səbəbləri, dini radikal qrupların təbliğat metodları və bu bəlaya qarşı mübarizə üsulları haqqında məlumat verilib. Bildirilib ki, dini radikal qruplar gəncləri öz təsirləri altına salmağa, onlardan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Dini radikalizmin törətdiyi fəsadlardan və bu sahədə hərbçilərin də maarifləndirilməsinin önəmindən bəhs edilib.
Tədbirdə, həmçinin Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tehsil-press.az