Kolumbiyanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb

Kolumbiyanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb Kolumbiyanın yeni prezidenti Qustavo Petro vəzifəsinin icrasına başlayıb.
Yeni prezident ölkəni bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizədə birləşdirməyi, solçu üsyançılar və cinayətkar dəstələrlə sülhün əldə olunmasını vəd edib.
"Mən iki cəmiyyət istəmədiyim kimi, iki ölkə də istəmirəm. Güclü, ədalətli və vahid Kolumbiya istəyirəm. Bir millət olaraq qarşılaşdığımız çətinliklər və sınaqlar birlik və əsas ümumi razılıq dövrü tələb edir", - deyə Q.Petro andiçmə mərasimində çıxışında bildirib.
Qeyd edək ki, bu il iyunun 19-da Kolumbiya solçu Tarixi Pakt koalisiyasından Qustavo Petro ilə özünün siyasi hərəkatı olan Korrupsiyaya Qarşı Hökmdarlar Liqasından Rodolfo Hernandes arasında seçim edib. 50,69 faiz səslə Q.Petro Kolumbiyanın prezidenti seçilib və o, Kolumbiya tarixində ilk solçu prezident olub.

Tehsil-press.az



Oxşar xəbərlər