“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kollektivinə ağır itki üz verib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kollektivinə ağır itki üz verib ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektoru, texnika elmləri doktoru, professor Zahid Ziyatxan oğlu Şərifov vəfat edib.
Zahid Şərifov 8 yanvar 1962-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub.
O, Azərbaycan Dövlət Dəniz Akademiyasında müxtəlif vəzifələrdə çalışıb. Ölkəmizdə dənizçi kadrların hazırlanmasında müstəsna xidmətlər göstərib. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Zahid Şərifov ASCO ailəsinin hər bir üzvü, eləcə də ADDA-nın müəllim və tələbə kollektivi arasında səmimiyyəti, yüksək insani xüsusiyyətləri, işgüzarlığı ilə yadda qalıb. Elə buna görə də onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Tehsil-press.az saytının rəhbərliyi və kollektivi adından Zahid Şərifovun vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk. Allah rəhmət eləsin!

Tehsil-press.az


Oxşar xəbərlər